Türkiyə milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşüb.
Bizim.Media Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı İkitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə hərbi təlim sahəsində əməkdaşlıq və müdafiə sənayesi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Zakir Həsənov "EFES-2022” hərbi təlimlərini izləmək üçün Türkiyədə səfərdədir.
Bizim.Media