Ermənistan prezidenti Armen Sarkisyan koronavirusu ağır keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan prezidentinin ofisi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan prezidenti Covid-19-a yoluxdu
Məlumata görə, koronavirusun yeni növünə yoluxmuş Armen Sarkisyan təcrid olunub.
"Xəstəliyi ağır keçirir, bu vəziyyət üçün xarakterik simptomlar var. Prezidentin müalicəsi həkimlərin nəzarəti altında davam edir”,- açıqlamada deyilir.
Qeyd olunub ki, vəziyyəti sabitləşdikdən sonra həkimlərin icazəsi ilə Sarkisyan vəzifələrini yerinə yetirmək üçün İrəvana qayıdacaq.
Hazırda Londonda olan Sarkisyan yanvarın 5-də koronavirusun yeni növünə (Britaniya ştammı-red) yoluxub.
Bizim.Media