Berlinin mərkəzində avtomobil insanların üzərinə çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı RBB radiosu Almaniya Daxili İşlər Nazirliyinə istinadən yayıb.
İlkin məlumata görə, bir nəfər ölüb, 8 nəfər yaralanıb. Mənbə yazır ki, avtomobil Berlin şəhərinin Rankerstrasse küçəsində mağazanın vitrininə çırpılaraq ən azı 9 nəfəri vurub.
Sürücü həbs edilib. Onun motivləri məlum deyil.
Alınan son xəbərə görə, insanların üzərinə avtomobil sürən şəxsin kimliyi açıqlanıb. Onun 29 yaşlı erməni əsilli Almaniya vətəndaşı olduğu deyilir.
Hazırda o, polis tərəfindən dindirilir. Hadisə zamanı ölən şəxs qadın müəllim, yaralanan şəxslər isə şagirdlər olublar.
Qeyd edək ki, 2016-cı ildə həmin küçədə terror aktı baş verib. Yük maşını Milad yarmarkasında insanların üzərinə çıxıb. Ən azı 12 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb. Hücuma görə məsuliyyəti İslam Dövlətinin (İŞİD) terrorçuları öz üzərinə götürüb.
Bizim.Media