Qazaxda yetkinlik yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb.
Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Məlumata görə, Qazax rayon Polis Şöbəsinə rayonun Kosalar kəndində yetkinlik yaşına çatmayan şəxsin ailə qurması və bununla bağlı toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb. Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılı.
Bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.
Məqsəd Rəhimov, Bizim.Media. Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:49 / 08.06.2022
Qazaxda erkən nikahın qarşısı alınıb – Polisin müdaxiləsi...
Hazırda oxunan: Qazaxda erkən nikahın qarşısı alınıb – Polisin müdaxiləsi...
Hazırda oxunan: Qazaxda erkən nikahın qarşısı alınıb – Polisin müdaxiləsi...
78291
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.