Kəmalə Ağazadə icra hakimiyyətlərini İTTİHAM ETDİ – “Bəhanə gətirirlər ki, toy deyil, nişandır”

Hazırda oxunan: Kəmalə Ağazadə icra hakimiyyətlərini İTTİHAM ETDİ – “Bəhanə gətirirlər ki, toy deyil, nişandır”

78260

“Erkən nikahla bağlı istənilən halla bağlı məsələ icra orqanlarının məsuliyyətsizliyi kimi qiymətləndirilib, cəza tətbiq edilməlidir. Onsuz da icra hakimiyyətlərində "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar” bu gün ipdən asılıdırlar. Zəhmət çəkib işləsinlər”.  

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə erkən nikahlarla bağlı yerli icra hakimiyyətlərinin məsuliyyətsizliyindən danışarkən qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Sabunçu” xəstəxanasında ana olan 15 yaşlı qız qardaşı tərəfindən niyə DÖYÜLDÜ? – Türkanda film kimi OLAY


Onun sözlərinə görə məsələni ictimailəşdirdiyinə görə bir həftədə 2 azyaşlının toyunun qarşısı alınıb:

“Bir kənddə bir ay ərzində 4-5 azyaşlının toyu olacaqsa, bu faciədir. Bunu icra hakimiyyətləri anlamır. Azyaşlının qanuni nümayəndəsi təkcə ailəsi deyil, həm də dövlət olduğuna görə yerində icra orqanları və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”lardır. Komissiyalar  valideynlərə başa salmalıdır ki, azyaşlının ərə verilməsi qanunaziddir. Valideyn başa düşmürsə, məsələni sənədləşdirib inzibati cəzasını təsdiq etməlidirlər. Yoxsa ki, məni borclu çıxarırlar ki, sən bizi mətbuata çıxarırsan. Sevinsinlər ki, ad-soyadlarını açıqlamıram. Halbuki hamısını bilirəm. Kim məni məhkəməyə vermək istəyirsə, buyursun”.

Kəmalə Ağazadə yerli icra hakimiyyətlərini fəaliyyətsizlik və məsuliyyətsizlikləri ilə bağlı ittiham edib:

“Dövlətin qanunundan ağıllısınız? Hansısa azyaşlının toyunun olacağını xəbər veririk. Bəhanə gətirirlər ki, toy deyil, nişandır. İndi neyləyək, nişanla bağlı da ayrıca qanun qəbul edək? Azyaşlının nişanlanması hansı qanunvericilikdə əks olunub? Ölkəmizin bu qədər uğuru olduğu halda nəyə görə hesabatlara erkən nikahla düşməliyik? Nəyə görə insan hüquqları ilə bağlı bizə sanksiyalar tətbiq edilməlidir? O zaman dövlət olaraq qanuna və konvensiyalara niyə imza atmışıq? Atmışıq ki, onu yerlərdə icra etsinlər. Niyə etmirlər?”, - deyə Kəmalə Ağazadə əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin