“Bu ölümlərdə təsadüfi heç nə görmürəm. Həmin hadisələr əvvəlcədən hazırlanmış, planlaşdırılmış hadisələrdir. Maraqlı ölkələrin, xüsusən də İsrailin xarici kəşfiyyatının işi ola bilər”.
Bunu Bizim.Media-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl İranın ayrı-ayrı şəhərlərində olsa da, eyni gündə, mayın 30-da Kamran Mollapur, Eyyub İntizari və Əli İsmayılzadə olmaqla 3 nüvə mütəxəssisinin ölümünün təsadüfi olub-olmadığı barədə danışarkən deyib:
“İran artıq neçə ildir ki, nüvə silahı əldə etməyə cəhd edir. Amma hər dəfə bu cəhdləri ölkənin tanınmış nüvə mütəxəssislərinin aradan götürülməsi, öldürülməsilə sonunclanır.
Fakt budur ki, bu günə qədər İranın bir neçə nəfər nüvə alimi öldürülüb. Nüvə məsələsilə bağlı Vyanada danışıqlar yenicə başa çatıb. Amma bu danışıqlar da uğursuz nəticələnib. Məlumatlara görə, Tehran atom bombası istehsal etmək üçün kifayət dərəcədə uranın zənginləşdirilməsinə nail olub. Ona görə də bu işin baş tutmasına əngəl olmaq üçün maraqlı qüvvələr İranın nüvə alimlərini aradan götürmək yolunu tutublar. Baxmayaraq ki, İran bu cür mütəxəssisləri həssaslıqla qoruyur.
Amma görünür, kəşfiyyat düzgün işləyir. Bütün bunlar məhz İranın nüvə silahı əldə etmək üçün dayanmadan apardığı gərəksiz siyasətin nəticəsidir.
Tehran bu siyasətlərinin iflasa uğradığını əvvəlcədən bilsə də, yanlış siyasətlərilə öz israrında qalırlar. Nəticədə tanınmış alimləri, mütəxəssislərini itirirlər. Burada təsadüfi heç nə yoxdur. Maraqlı qüvvələrin öncədən hazırladığı plandır”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
13:35 / 08.06.2022
İranda bir gündə üç nüvə alimi ÖLDÜRÜLÜB – Sifarişçi kimdir?
Hazırda oxunan: İranda bir gündə üç nüvə alimi ÖLDÜRÜLÜB – Sifarişçi kimdir?
Hazırda oxunan: İranda bir gündə üç nüvə alimi ÖLDÜRÜLÜB – Sifarişçi kimdir?
78259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.