Xarici mütəxəssislər paytaxtda araşdırmalar aparıb - Şam ağacları...  

Hazırda oxunan: Xarici mütəxəssislər paytaxtda araşdırmalar aparıb - Şam ağacları...  

78208

Artıq bir müddətdir ki, paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir.  

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, dövlət qurumlarını, ictimaiyyəti və sakinləri ciddi narahat edən bu məsələ ilə əlaqədar BŞİH-də aidiyyəti qurum nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib.  

Bildirilir ki, Bakıya xarici ölkələrdən alimlər, həmçinin BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri dəvət edilib.  

“Alim və mütəxəssislər paytaxt ərazilərində bir sıra yerlərdə araşdırmalar aparıblar. Əsasən yaşı 40-45 il olan şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması ilə bağlı işlərdə yerli alimlər də iştirak edir. Mərkəzi Nəbatat Bağının alimlərinin iştirakı ilə ağacların müalicəsi məqsədi ilə təcrübələrə başlanılıb, onun fəsadlarının aradan qaldırılması yolları, yerli və xarici mütəxəssislərin təklifləri müzakirə edilir.  

Şam ağaclarında müşahidə edilən bu xəstəlik digər dövlətlərdə də qeydə alınıb və xarici alimlərin qeyd etdiyinə görə Bakıda bu xəstəliyə qarşı mübarizə tədbirləri Almaniya, Kanada və Amerikadakından xeyli yaxşı vəziyyətdədir. Bu xəstəliklə mübarizə tədbirləri çərçivəsində yerli alimlərin apardığı təcrübələr davam edir.  
Təcrübə çərçivəsində Mərkəzi Nəbatat Bağında xəstəliyə yoluxan 9 ədəd Eldar şamının 3 müxtəlif üsulla peyvəndlənməsi aparılıb. Qısa vaxt ərzində ağaclarda baş verən müsbət dəyişikliklər araşdırılacaq, hansı peyvəndin daha uğurlu olması müəyyən ediləndən sonra şam ağaclarında kütləvi peyvəndləmə aparılacaq.

Bu barədə mətbuat nümayəndələrinə Mərkəzi Nəbatat Bağının icraçı direktoru, biologiya üzrə elmlər doktoru Həsən Babayev məlumat verib.  

Paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanıb. Bu günə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin rəyi əsasında Bakı şəhərində xəstəliyə yoluxan və müalicəsi mümkün olmayan 3 min ədəd şam ağacı kəsilərək utilizasiya edilib”.  

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin