''YAŞAT'' I Qarabağ müharibəsi iştirakçılarının da ehtiyacını qarşılayacaq

Hazırda oxunan: ''YAŞAT'' I Qarabağ müharibəsi iştirakçılarının da ehtiyacını qarşılayacaq

7818

“YAŞAT” Fonduna daxil olan müraciətlərlə bağlı xüsusi qurum yaradılıb. Həmin qurum vasitəsilə müraciətlər daha tez və detallı şəkildə araşdırılacaq”.

Bizim.Media xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

Ülvi Mehdiyev əlavə edib ki, "YAŞAT" Fondu I Qarabağ müharibəsi iştirakçılarının da ehtiyaclarını qarşılayacaq:

"Şəhidlərimiz haqqında bizdə məlumatlar var. Ona görə də şəhid ailələrimizin “YAŞAT” Fonduna müraciət etməsinə ehtiyac yoxdur''.

''Onlarla bağlı məsələyə birbaşa olaraq Fond tərəfindən baxılacaq. Mart ayından etibarən Birinci Qarabağ müharibəsi iştirakçıları da Fonda müraciət etsinlər. Düşünürəm ki, bizim müraciətimizi müsbət qarşılayacaqlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin