''YAŞAT'' Fondunun fəaliyyəti ASAN xidmətə tapşırılıb

Hazırda oxunan: ''YAŞAT'' Fondunun fəaliyyəti ASAN xidmətə tapşırılıb

7812

“8 dekabr tarixində ölkə Prezidentinin sərəncamı ilə şəhid ailələri və Qarabağ qazilərinə dəstək üçün YAŞAT Fondu yaradılıb. Bu kateqoriyadan olanlar üçün ciddi layihələr, müavinət və təqaüdlər var. YAŞAT Fondu da şəffaf əlçatan platformanın olması üçün yaradılıb”.

Bizim.Media-nın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ qazisi fonda rəhbər təyin edildi


Onun sözlərinə görə, Fondun fəaliyyəti ASAN xidmətə tapşırılıb:

"Bunun məsuliyyətini dərk edirik. Bu ictimaiyyətin Fondu olduğu üçün mütəmadi hesabatlar veririk. Bu gün Fondun yaradılmasının 1 ayı tamam olur.

Artıq 9 dekabrdan Fondun təşkili üçün bank hesabları açılıb, bütün rayonlarda “ASAN xidmət”lərdə qruplar yaradılıb.

Fondun nümayəndələri artıq 2706 şəhidin və 81 yaralının 11 mindən çox ailə üzvü ilə görüşüb. Onların problemləri təhlil olunub, onlardan 1483-ü öhdəliyə götürülüb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin