Gəncə şəhər icra hakimiyyətinin başçısı şəhid ailələri və müharibə iştirakçıları ilə görüşüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət qurumları şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlilləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir.
Ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də bu kateqoriyadan olan vətəndaşlar daim diqqət mərkəzindədirlər.
Gəncə Şəhər İcra Hakimiyətinin başçısı Niyazi Bayramov növbəti vətəndaş qəbulu çərçivəsində şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlilləri ilə görüşüb və onların müraciətlərini fərdi qaydada dinləyib.
İşlə təminat, qeyri-yaşayış sahəsinin layihələndirilməsi, fərdi yaşayış evinin təmiri, müalicə və digər məsələlər müraciətlərin əsasının təşkil edib.
Səsləndirilən bir çox məsələlər yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək tapşırığı verilib.
Qəbulda müraciət edən şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən xüsusi diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:48 / 07.06.2022
Gəncədə şəhid ailələri və qazilərlə görüş keçirildi - FOTO
Hazırda oxunan: Gəncədə şəhid ailələri və qazilərlə görüş keçirildi - FOTO
Hazırda oxunan: Gəncədə şəhid ailələri və qazilərlə görüş keçirildi - FOTO
78117
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.