Bakıda sinif yoldaşını bıçaqlayan məktəbliyə hökm oxundu

Hazırda oxunan: Bakıda sinif yoldaşını bıçaqlayan məktəbliyə hökm oxundu

78113

Bakıda sinif yoldaşını bıçaqlamaqda ittiham olunan Nihad Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. 

Hökmə əsasən, Nihad Fərhadov 5 il 7 ay azadlıqdan məhrum olunub. 

Xatırladaq ki, bu ilin yanvar ayında Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi olub.

Nəticədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb. C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən məktəbli Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. 

Onların hər ikisi Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin