Zelenskinin həyat yoldaşı: ”Bu savaş heç vaxt bitməyəcək” - FOTO

Hazırda oxunan: Zelenskinin həyat yoldaşı: ”Bu savaş heç vaxt bitməyəcək” - FOTO

78089

Ukraynanın birinci xanımı Yelena Zelenskaya dünyanı, xüsusən də Amerika Birləşmiş Ştatlarını Rusiyanın Ukraynaya qarşı müharibəsinə öyrəşməməyə çağırıb. Onun fikrincə, bu, baş verərsə, müharibə heç vaxt bitməyəcək. 

Bizim.Media Ukrayna prezidentinin saytına (president.gov.ua) istinadən xəbər verir ki, bunu Zelenskaya Kiyevdə ABŞ-ın ABC telekanalına müsahibəsində deyib.

Söhbət 40 dəqiqə hava hücumu siqnalı ilə kəsilib. Bu epizodu amerikalı tamaşaçılar da görüblər.

“Mən həqiqətən istəyirəm ki, bütün dünya və amerikalılar bu müharibəyə alışmasınlar. Çünki alışsalar, bu savaş heç vaxt bitməyəcək. Bu müharibənin hansı səbəbdən başlandığının səbəblərini düşünəndə rus təbliğatının əhatə dairəsinə düşürsən. Ehtiyatlı olun, həqiqətə qulaq asın” deyə o, qeyd edib.
Yelena Zelenskaya vurğulayıb ki, Ukrayna bəzi Rusiya və dünya siyasətçilərinin təklif etdiyi “sülh” müqabilində öz ərazilərini verməyə hazır deyil: 

“Biz ərazilərimizi verməyə hazır deyilik. Ərazilərimizi itirə və gələcəkdə sakit dayana bilmərik. Təcavüzkar ərazimizin bir hissəsində dayanmayacaq, bizi məhv edənədək müharibə aparacaq. Deməli, bizim başqa seçimimiz yoxdur, müstəqilliyimiz üçün mübarizə aparmalıyıq”.
Birinci xanım əmindir ki, ukraynalılar bu müharibədə dayana biləcəklər, amma gizlətməyək ki, vətəndaşlarımız indi dəhşətli faciələr yaşayırlar.

“Valideynlərinin necə öldürüldüyünü görən uşaqlar var. Məsələn, Kiyev vilayətində oğlanlar analarının necə öldürüldüyünü görüblər və sonradan onu dəfn ediblər”, - deyə o bildirib.

Prezidentin xanımının sözlərinə görə, rus əsgərləri dağıntılara və zorakılığa əl atırlar, çünki Rusiyanın məqsədi “bizi ukraynalı kimi formalaşdıran və onlardan fərqləndirən hər şeyi məhv etməkdir”.

Birinci xanım onun təşəbbüsü ilə həyata keçirilən Müharibədən Zərər çəkmiş Vətəndaşlara Psixoloji Yardım üzrə Milli Proqramdan da danışıb:

“Böyük problem odur ki, ukraynalılar psixoloqa müraciət etməyə öyrəşməyiblər, ona görə də geniş miqyaslı ünsiyyət kampaniyasına ehtiyac var”.

Zelenskaya müsahibəsində ukraynalı qadınların müharibədə böyük rolunu qeyd edib: “Hər biri qalib gəlmək üçün hər şeyi edir. Həmişə əmin olmuşam ki, ukraynalı qadınlar ən yaxşılardandır. Və nəhayət, dünya ukraynalı qadınların döyüşkən simalarını görəcək”.
Xatırladaq ki, ABŞ-ın “ABC” (American Broadcasting Company) televiziyası 1943-cü ildə yaradılıb.  Ölkədə kanallar içərisində ilk üçlüyə daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin