"Azərbaycanın İsveçrəsi" - "Reuters"in Şuşadan reportajı

Hazırda oxunan: "Azərbaycanın İsveçrəsi" - "Reuters"in Şuşadan reportajı

78077

“Bir zamanlar Şuşa ərazisini meşəli təpələri və mülayim iqlimindən dolayı “Azərbaycanın İsveçrəsi” adlandırırdılar”. 

Bizim.Media xəbər verir ki, bu barədə dünyanın ən nüfuzlu informasiya agentliklərindən olan “Reuters”də müəllif Kevin Liffey tərəfindən qələmə alınan Şuşa şəhəri barədə məqalədə yazılıb. 

Məqalədə bildirilib ki, ilyarım öncə Azərbaycan qüvvələrinin geri aldığı Şuşadan 1992-ci ildə ermənilər 15 min azərbaycanlını qovub:

“Burada məskunlaşan və adını “Şuşi” qoyan 4 000-ə yaxın etnik erməni geridə 1992-ci ilin izlərini hələ də daşıyan boş bir şəhəri qoyub qaçıb”.

“Azərbaycanın inşaatçıları şəhərin küçələrini tədricən dirçəldirlər. Yerli icra hakimiyyətinin, polis idarəsinin və baş poçt idarəsinin binası bərpa edilib, Gövhər ağa məscidinin və Qazançetsots erməni pravoslav kilsəsinin ətrafında taxtabəndlər qurulub” – deyə məqalədə qeyd olunub. 

Həmçinin vurğulanıb ki, 3 hotelin tikintisi Azərbaycan hökumətinə hər il keçirilən Bakı Enerji Həftəsi konfransı üçün Şuşanı seçməyə və BƏƏ-nin Masdar firmasının Azərbaycan üçün birlikdə elektrik enerjisi istehsal edəcək günəş və külək elektrik stansiyaları tikəcəyini elan etməyə imkan verib:  
“Üç supermarket açıqdır və həftədə beş avtobus Şuşa ilə Azərbaycanın paytaxtı Bakını birləşdirərək yerli turistləri və işçiləri buraya gətirir”. 

“Mən Şuşaya gələndə hər şey dağıdılmışdı” - “Azərişıq” şirkətində çalışan Elxan Quliyev belə deyir - “Bu səkkiz ayda çox işlər görülüb, işıq və su çəkilib, hər şey bərpa olunub. İndi bura çoxlu turistlər və tələbələr gəlir”.

Cahid Ələkbərov 25 yaşında olanda buradan gedib, indi 56 yaşındadır. İnşaatçı kimi qayıdıb. O, keçmiş sakinlərin öz evlərinə qayıtmasına icazə veriləcəyi günü səbirsizliklə gözləyir.

Cahid ailəsinin köhnə evinin xarabalıqlarına baxıb: “Yalnız sarı divar kağızı qalıb".

“Mən şəhəri yenidən quran bir şirkətdə işləyirəm, amma bu vəziyyətdə də Şuşa gözəldir”, deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin