''Qaçkınkom''un balansında olan yaşayış kompleksləri bu nazirliyə verildi 

Hazırda oxunan: ''Qaçkınkom''un balansında olan yaşayış kompleksləri bu nazirliyə verildi 

7805

''Ölkə başçısının qərarına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələr və çoxmərtəbəli yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib''.

''Söhbət 4700-ə yaxın mənzilli qəsəbələrdən və çoxmərtəbəli yaşayış binalarından gedir. Bu mənzillər Bakı, Sumqayıt, Abşeron, Samux, Lənkəran ərazisində yerləşir''.

Bizim.Media-nın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə deyib.

F. Hüseynovun sözlərinə görə, yaşayış kompleksləri bütün zəruri sosial infrastruktur obyektləri ilə təchiz olunub:

“Mənzillərin paylanma mexanizmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə daxildir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin