Millətlər Liqası: Belarus - Azərbaycan oyununda qalib müəyyənləşmədi

Hazırda oxunan: Millətlər Liqası: Belarus - Azərbaycan oyununda qalib müəyyənləşmədi

78013

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci oyununu keçirib.

Bizim.Media xəbər verir ki, komandamız Serbiyada Belarus millisi ilə qarşılaşıb.

Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Edd İsrafilov, Cəlal Hüseynov və Riçard Almeyda yer alıblar.

Belarus millisinin heyətində isə meydana Pavel Pavlyuçenko, Danila Neçayev, Ruslan Xadarkeviç, Vladislav Malkeviç, Sergey Politeviç, Artyom Bıkov, Hlep Şauçenka, Andrey Solovey, Yevgeni Yablonski, Valeri Boçerov və Zaxar Volkov çıxıblar.

Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib – 0:0.

İsveçli baş hakim Məhəmməd Əl-Hakimin idarə etdiyi oyunda millimiz azlıqda qalıb. Belə ki, baş hakim kobud oyuna görə Qismət Əliyevə qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırıb. Qrupun digər oyununda isə Qazaxıstan komandası Slovakiya millisinə 1:0 hesabı ilə qalib gəlib.

Azərbaycan yığması birinci turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla yenilib - 0:1.

Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü iyunun 10-da Bakıda Slovakiya seçməsinə qarşı keçirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin