Pakistanda Azərbaycan Dili və Mədəniyyət Mərkəzi açıldı - FOTO

Hazırda oxunan: Pakistanda Azərbaycan Dili və Mədəniyyət Mərkəzi açıldı - FOTO

77978

Pakistanın ən nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olub.

Azərbaycanın Pakistandakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, Mərkəz Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü və təşkilatçılığı, eləcə də Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə yaradılıb.

Bu münasibətlə keçirilən tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Milli Məclisin deputatı, ADU-nun sosial məsələlər üzrə prorektoru Tamam Cəfərova, ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Novruz Məmmədov, ADU-nun xarici mərkəzlərlə iş bölməsinin müdiri Anar Rəhimov, Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər, ali təhsil müəssisəsinin prorektorları, müəllim və tələbə heyəti, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.

Müasir Dillər Universitetinin (NUML) prorektoru Zubair İqbal çıxışında Azərbaycan və Pakistanın iki qardaş ölkə olduqlarını ifadə edib.

O, Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin, NUML-da isə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsinin iki ölkə arasında əlaqələrin bundan sonra da möhkəmlənməsində xüsusi rol oynayacağını qeyd edib.
Tədbirdən sonra Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılışı olub və qonaqlar mərkəzdə yaradılmış şəraitlə tanış olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin