Baş Prokurorluq həkim terapevt Aysel Əskərovanın anasının qətlə yetirildiyi iddiasına münasibət bildirib.
Bizim.Media qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır:
"Ölümün səbəbini müəyyən etmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, müvafiq izahatlar alıb və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcəkdir".
Qeyd edək ki, həkim terapevt Aysel Əskərova sosial şəbəkədə paylaşım edərək anası Qismət Əskərovanın öz əcəli ilə ölmədiyini, qarət məqsədilə qətlə yetirildiyini iddia edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:41 / 06.06.2022
Məşhur həkimin anası ölüb, yoxsa öldürülüb? - Baş Prokurorluqdan AÇIQLAMA
Hazırda oxunan: Məşhur həkimin anası ölüb, yoxsa öldürülüb? - Baş Prokurorluqdan AÇIQLAMA
Hazırda oxunan: Məşhur həkimin anası ölüb, yoxsa öldürülüb? - Baş Prokurorluqdan AÇIQLAMA
77975
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.