"Kiyev Rusiya ilə danışıqlardan imtina edib" - LAVROV

Hazırda oxunan: "Kiyev Rusiya ilə danışıqlardan imtina edib" - LAVROV

77936

“Ukrayna Rusiya ilə danışıqlar aparmaq istəmir, Kiyev bundan imtina edib”. 

Bizim.Media “lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi onlayn mətbuat konfransında deyib. 

"Bununla da Ukraynanın anqlosakson liderlərinin iradəsini yerinə yetirdiyinə inanmaq üçün bizdə hər cür əsas var”, - deyə Rusiya XİN başçısı vurğulayıb. 

O əlavə edib ki, Rusiya ukraynalı həmkarlarının irəli sürdüyü təkliflər əsasında vicdanla işləməyə hazırdır və bu təkliflər əsasında yazılmış müqavilə layihəsi bir ay yarımdır ki, Ukrayna tərəfində hərəkətsiz qalıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin