Azərbaycan BMT-nin “Davamlı inkişaf məqsədləri indeksi”ndə 5 pillə irəlilədi

Hazırda oxunan: Azərbaycan BMT-nin “Davamlı inkişaf məqsədləri indeksi”ndə 5 pillə irəlilədi

77900

BMT-nin 2022-ci il üçün hazırlanmış “Dayanıqlı İnkişaf Hesabatı”nda Azərbaycan ötən illə müqayisədə 5 pillə irəliləyərək mümkün 100 baldan 73,5 toplayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan dünyanın 163 ölkəsi arasında “Davamlı inkişaf məqsədləri İndeksi” (DİM) üzrə 50-ci yerdə qərarlaşıb:

"Bu göstəriciyə görə respublikamız Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cı yer) liderdir və dünya üzrə hər üç ölkədən ikisini geridə qoyur. Müqayisə üçün demək olar ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 71,6-dır ki, bu da Azərbaycanın göstəricindən aşağıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin