“Azərişıq”da yeni xidmətlər - Daha asan oldu

Hazırda oxunan: “Azərişıq”da yeni xidmətlər - Daha asan oldu

77875

“Artıq vətəndaşlar evdə oturaraq “Azərişıq” ASC-nin bir sıra yeni xidmətlərindən istifadə edə biləcəklər".  

Bizim.Media xəbər verir ki, bunu “Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Depatamentinin direktoru Qalib Həmidov deyib. 

“Abonentlər olduğu məkanı tərk etmədən elektron xidmətlərə əlçatanlıq əldə edir. Bura abonentin geniş tarixçəsinin verilməsi, əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, əhali istehlakçısının ad dəyişdirməsi, enerji haqlarının internet vasitəsilə ödənilməsi, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması xidmətləri daxildir.
Hazırda elektron xidmətlər portalında 6-ya yaxın xidmət göstərilir. Bununla yanaşı, 5 elektron xidmət yaradılıb və bu ayın sonunadək əhaliyə təqdim olunacaq” – deyə Həmidov qeyd edib. 

Onun sözlərinə görə, abonentlərimizin 70-80 faizi bu xidmətdən istifadə edir:

“Abonent gündəlik sərf etdiyi elektrik enerjisini, aylıq, illik sərfiyyatını görə bilir. Artıq bundan sonra abonentlər kütləvi şəkildə müqavilə bağlamaq üçün idarəyə axın etməyəcək, elektron qaydada müqaviləni təsdiqləyə biləcəklər. Həmçinin abonentin borcunun olub-olmaması ilə bağlı arayışı da şəxsi kabinetlərindən əldə edə biləcəklər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin