Şəmkirdə külli miqdarda narkotik yetişdirən şəxslər saxlanıldı - FOTO 

Hazırda oxunan: Şəmkirdə külli miqdarda narkotik yetişdirən şəxslər saxlanıldı - FOTO 

77869

Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Bizim.Media-nın yerli bürosu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, Qaracaəmirli kənd sakini Fəxrəddin Qocayev saxlanılıb.

Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həyətdəki istixanadan ümumi çəkisi 16 kq yaxın 72 ədəd çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Bölmə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Barlıbağ kənd sakini Ədalət Hüseynov və  Məmməd Teymurov da saxlanılıb. Sözügedən şəxslərin yaşadığı evin həyətyanı sahəsindən müvafiq olaraq 59 ədəd və 19 ədəd narkotik xassəli çətənə - Kannabis bitkilərini çıxararaq qablaşdırıb.  

Bundan başqa bölmə əməkdaşları rayonun Qaracaəmirli kənd sakini Söhrab Verdiyevi narkotik vasitə istifadə edərkən saxlayıb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni özünməxsus fermada gizlətdiyini bildirib. Həmin ünvana baxış keçirilən zaman oradan sellofan torbada 460 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürlüb.
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları isə qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Elşən Tağıyev saxlanılıb. Şübhəli şəxsin evində marixuana, heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.            

Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin