Bazar günü Nigeriyanın cənub-qərbində bir qrup silahlı Müqəddəs Fransisk katolik kilsəsinə hücum edib.
Bizim.Media xəbər verir ki, Nigerian Tribune qəzetinin tibb işçilərinə istinadla yaydığı məlumata görə, 50-dən çox insan hücumun qurbanı olub.
Hadisə nəticəsində yaralananların da olduğu bildirilir.
Politics Nigeria portalı isə öz növbəsində 85 nəfərin öldürüldüyü barədə xəbər yayıb. Həlak olanların sayına dair hələlik rəsmi məlumat daxil olmayıb.
Məlumata görə, səhər saatlarında kilsəyə soxulan beş nəfər silahlı şəxs ibadət edənlərə atəş açıb və keşişi tutmağa cəhd göstəriblər. Keşiş müqavimət göstərdiyindən hücum edənlər ibadət otağına bomba atıblar.
Nigeriyada xristianlar əhalinin təxminən 47 faizini, müsəlmanlar isə 51 faizini təşkil edir. Xristianlar ölkənin cənubunda, müsəlmanlar şimalda və mərkəzi regionlarda yaşayırlar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:44 / 06.06.2022
Nigeriyada kilsəyə silahlı hücum: 50-dən çox insan öldürüldü
Hazırda oxunan: Nigeriyada kilsəyə silahlı hücum: 50-dən çox insan öldürüldü
Hazırda oxunan: Nigeriyada kilsəyə silahlı hücum: 50-dən çox insan öldürüldü
77817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.