Moldovada ukraynalı deputat saxlanıldı – BELARUSUN TƏLƏBİ İLƏ

Hazırda oxunan: Moldovada ukraynalı deputat saxlanıldı – BELARUSUN TƏLƏBİ İLƏ

77799

Ukrayna Ali Radasının bitərəf deputatı Yevgeni Yakovenko Moldovada saxlanılıb. 

Bizim.Media “Deschide.md” saytına istinadən xəbər verir ki, hazırda o, istintaq təcridxanasındadır.

Mənbə yazır ki, Yakovenkonu Belarus hakimiyyəti İnterpol vasitəsilə axtarışa vermişdi.

İnterpolun Kişinyovdakı bürosunun rəhbəri Viorel Tentyu rəsmi Minskin ukraynalı deputatı rüşvətxorluqda və korrupsiyada ittiham etdiyini təsdiqləyib.

Onun sözlərinə görə, qurum deputatın həbsi və ekstradisiyası üçün sorğunu qeydə alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin