Ərdoğan: “Qərb Türkiyənin təklifi ilə razılaşmağa başladı”

Hazırda oxunan: Ərdoğan: “Qərb Türkiyənin təklifi ilə razılaşmağa başladı”

77798

“Qərb ölkələri Türkiyənin BMT Təhlükəsizlik Şurasında islahatların aparılması ideyası ilə razılaşmağa başlayıblar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qurultayında səsləndirib. 

“Uzun illərdir irəli sürdüyümüz BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifi yaxşı qarşılanıb. Dünyada beşdən çox (Təhlükəsizlik Şurasının üzvləri nəzərdə tutulur) ölkə var. İndi bu haqda özləri danışırlar və deyirlər ki, BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır. Onlar bizim danışdıqlarımızla razılaşacaqlar”. TASS agentliyi Türkiyə prezidentinin sözlərindən sitat gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin