ABŞ Konqresinin 200-dən çox üzvü hazırkı Prezident Donald Trampın vəzifəsindən kənarlaşdırılmasının tərəfdarıdır.
Bizim.Media xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Trampın erkən istefasına çağıran konqresmenlərin demək olar ki, hamısı Demokrat partiyasını təmsil edir.
Trampın kənarlaşdırılmasını dəstəkləyən yeganə respublikaçı konqresmen isə Adam Kinzingerdir.
Xatırladaq ki, 6 yanvarda ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqresin binasına hücum ediblər.
İğtişaşlar nəticəsində dörd nəfər həlak olub. Vaşinqton meri Myuriel Bauzer komendant saatının tətbiqi barədə göstəriş verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:04 / 08.01.2021
200-dən çox konqresmen Trampın getməsini dəstəkləyir
Hazırda oxunan: 200-dən çox konqresmen Trampın getməsini dəstəkləyir
Hazırda oxunan: 200-dən çox konqresmen Trampın getməsini dəstəkləyir
7779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.