Moldovanın sərnişin təyyarəsi Türkiyədə saxlanıldı - SƏBƏB

Hazırda oxunan: Moldovanın sərnişin təyyarəsi Türkiyədə saxlanıldı - SƏBƏB

77779

Türkiyənin Antalya hava limanında Moldovaya məxsus sərnişin təyyarəsi saxlanılıb. Səbəb kimi “Air Moldova” aviaşirkətinin türk provayderinə olan borcları göstərilir. Bu səbəbdən Kişinyova digər reyslər də ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Şirkət uçuşlarla bağlı problemlərin borcla bağlı olduğunu təsdiqləyib. “Air Moldova” artıq türk provayderinə borcun ödənildiyini vurğulayıb.

“CA Moldova” dövlət müəssisəsi özəlləşdirildikdən sonra təchizatçıya olan bütün hesab-fakturalar ödənilib”, - aviaşirkətdən bildiriblər.

Təyyarə ilə bağlı insident səbəbindən sərnişinlər hava limanında 9-14 saat vaxt keçiriblər. “Air Moldova” üzr istəyib və problemi həll etdiklərini bildirib.

Kişinyov Beynəlxalq Hava Limanında uçuş və enişlərin onlayn tablosunda Antalyadan beş reys ləğv edilib, biri isə gecikib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin