Rusiyanın məşhur azərbaycanlı blogeri və iş adamı Hüseyn Həsənovun doğum günü ilə bağlı yaxın dostları və anası ona gözlənilməz sürpriz ediblər.
Bizim.Media xəbər verir ki, saatlar gecə 12-ni göstərdiyi zaman onlar blogerin yaşadığı lüks mənzilinə gələrək, canlı musiqi sədaları altında Hüseyni təbrik yağışına qərq ediblər.
Anası isə əlində ona gətirdiyi qırmızı rəngdə kiçik tortu oğlunun üzünə batırıb. Dostları isə mənzilin içində onu qucaqlarına alaraq atıb, tutublar.
Sözügedən anları isə Hüseyn Həsənov sosial şəbəkə hesabında izləyicilərlə bölüşüb.
H.Həsənov bu gün doğum gününü fərqli tərzdə keçirəcəyini açıqlayıb. Belə ki, bloger yüzlərlə dostlarını bir məkana toplayaraq səhərə kimi onlarla birlikdə əylənəcəyini söyləyib.
Rəşad Əliyev, Bizim.Media