Azərbaycanda İŞİD-ə dəstək verən şəxs saxlanıldı - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda İŞİD-ə dəstək verən şəxs saxlanıldı - RƏSMİ AÇIQLAMA

77734

Sosial mediada İŞİD-ə dəstək nümayiş etdirəm azərbaycanlı saxlanılıb və haqqında araşdırma başladılıb.

Bizim.Media xəbər verir ki, Qusar rayonunun sakini Abdullah Mustafayev (ləqəbi Abdullah əl Qusari) İŞİD terror təşkilatına dəstək nümayiş etdirib.

Onun Azərbaycandakı şiələrin başını kəsmək, həyat yoldaşlarını cariə etmək və mal-mülklərini zəbt etməklə bağlı çağırış etdiyi bildirilib.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib ki, həmin şəxs polisin keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Abdullah Mustafayev haqqında araşdırma başladılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin