“Dəhşətlisi odur ki, heç kimin tanımadığı adamların şeirləri dərsliklərə salınır. O gün dərslikdəki bir şeiri sosial şəbəkədə paylaşmışdılar. Oxuyanda adamı gülmək tutur. Deməli, bu işə nəzarət yoxdur və yaxud nəzarət edənlər profesional deyillər”.
Bu fikirləri Bizim.Media-nın Baş redaktoru Anar Tahirova müsahibə verən keçmiş təhsil naziri, tanınmış filoloq, professor Firudin Cəlilov deyib.
MÖVZU İLƏ BAĞLI:
Xudu Məmmədovun ölümünə kim səbəb olub? – Firudin Cəlilovla bir çox sirləri ifşa edən VİDEOMÜSAHİBƏ
Keçmiş nazir daha sonra deyib ki, “Nə olsun ki, kimsə xaricdə oxuyub gəlib. Xaricdə oxumaq o demək deyil ki, adam peşəkardır. Peşəkarlıq təcrübə ilə qazanılır. Ona görə də yanaşma dəyişməlidir”.
Daha ətraflı aşağıdakı video ilə tanış ola bilərsiz:
Surxay Atakişiyev, Bizim.Media