“Şəxsən mən cinsi azlıqlara qarşıyam” – Politoloq Azərbaycanda siyasi korrektliyin vəziyyətindən DANIŞDI

Hazırda oxunan: “Şəxsən mən cinsi azlıqlara qarşıyam” – Politoloq Azərbaycanda siyasi korrektliyin vəziyyətindən DANIŞDI

77677

Azərbaycanda “siyasi korrektlik” siyasəti (politicial correctness) nə səviyyədədir? Bu sual hamını maraqlandırı və hər kəs də bundan öz çıxarlarına uyğun istifadə edir.

Öncə baxaq görək ki, siyasi korrektlik nədir? 

Siyasi korrektlik müxtəlif dil, din, irq, cins, cins oriyentasiya və sosial şəraitlərə mənsub insanları psixi və fiziki zərər verməmək üçün ehtiyatla və diqqətlə seçilən ifadələri, fikirləri və rəftarı izah edən termindir.

1991-ci ilin mayında ABŞ prezidenti Corc H. V. Buş, Miçiqan Universitetində məruzəsində bu ifadədən istifadə edib.
 

MÖVZU İLƏ BAĞLI:

LGBT-nin Qərb yuvası: Postsovet ölkələri üçün hansı planlar hazırlanır?


“...Siyasi korrektlik cərəyanı irqçilik, cinsiyyətçilik və nifrətin dağıntılarını silmək üçün təqdirəlayiq istəkdən irəli gəlsə də, köhnə qərəzləri yeniləri ilə əvəz edir. O, müəyyən mövzuları, bəzi ifadələri və hətta bəzi jestləri qadağan edir”.

Bizim.Media araşdırmasına görə, siyasi korrektlik indi Amerika mühafizəkarları və liberalları arasında mədəni və siyasi müharibədə ümumi silahdır. Tarixən isə 1920-ci illərdə bu termin amerikalı kommunistlər və sosialistlər arasında Sovet İttifaqı kommunist Partiyasına doqmatik bağlılıqlarını ifadə etmək üçün işlədilirdi.

Bu mövzuda bizimlə danışan siyasi şərhçi Ramiyə Məmmədova qeyd edir ki, Azərbaycan multikultural dövlətdir.

“Bu gün Azərbaycanda yaşayan bir çox din, irq mənsubları var ki, onların nə hüququ tapdalanmır, nə də ki, heç bir onlara qeyri-adi münasibət bəslənilmir. Müxtəlif dil, din, irqə mənsub şəxslər öz dillərində rahat danışır, dinlərinə uyğun ibadət edə bilirlər”.

Cinsi oriyentasiya məsələsi isə müsəlman mentalitetinə sahib Azərbaycanda qəbul olunmur:

“Azərbaycanın özünəməxsus dini, mədəniyyəti var. Bizim ölkəmiz şəriət qanunları ilə idarə olunmasa belə, bir müsəlman kimi cinsi oriyentasiyalara bir millət olaraq “yaxşı hal” kimi baxmırıq. Avropa Birliyi gecə-gündüz bu məsələnin təbliğatı ilə məşğul olur, cinsi azlıqlara azadlıq tələb edir. Azərbaycanda da cinsi azlıqlar cəmiyyət tərəfindən qəbul olunmasa da, ancaq onları heç kəs küçədə döymür, söymür. Həmin şəxslərin arxasında ali avropa mentallığı durur və biz məcburuq ki, onları qəbul edək”.

Ekspert onu da vurğulayıb ki, təbii olaraq hər siyasətçi və ya ictimai xadimin özünə uyğun leksionu da var:

“Əgər bir siyasətçi cinsi azlıqlarla bağlı siyasi korrektliyi pozan ifadə işlədirsə, bu onun xoşuna gəlib-gəlməməsindən irəli gəlir. Əgər bu ifadə ictimaiyyətdə və ya siyasi platformada ajiotaj yaratmayacaqsa, insanlar qarşısında nalayiq ifadə kimi işlənməyəcəksə, heç bir problem yoxdur.
Şəxsən mən cinsi azlıqlara qarşıyam, onlar haqqında, ümumiyyətlə, danışmaq istəmirəm. Onlar mənim leksionumda neqativ bir ifadələrə gətirib çıxara bilər.

Hər hansı bir siyasətçini və ya ictimai xadimi buna görə suçlamağa ehtiyac yoxdur. Çox təəssüf ki, bu məsələlər ictimaiyyətdə, televiziyada artıq tez-tez üzə çıxır. Cinsi azlıqların bu cür nümayişi Azərbaycan mentalitetinin gələcəyi üçün təhlükədir”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin