Bakı Enerji Həftəsi çərçivəsində Şuşada xüsusi sessiya keçirilir

Hazırda oxunan: Bakı Enerji Həftəsi çərçivəsində Şuşada xüsusi sessiya keçirilir

77659

Bakı Enerji Həftəsi çərçivəsində iyunun 4-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada xüsusi sessiya keçirilir. 

Bizim.Media xəbər verir ki, sessiyada 100-dən çox yerli və xarici nümayəndə iştirak edir. 

“Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiyada energetika naziri Pərviz Şahbazov, Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf, BP-nin Regional prezidenti Qəri Counz, “TotalEnergies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut, “Masdar Clean Energy” şirkətinin icraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharramin, “ACWA Power” şirkətinin investisiya direktoru Klayv Törtn iştirak edirlər. 

Şuşa xüsusi sessiyası çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin