“Pakistan Milli Bankının Azərbaycanda onsuz da ciddi fəallığı və iqtisadi səmərəlliliyi yox idi. Yerli vətəndaş və yerli biznes həmin bankla işləməkdə maraqlı deyildi”.
Bunu Bizim.Media-ya açıqlamasında bank-maliyyə eksperti Əkrəm Həsənov Pakistan Milli Bankının Bakı filialının bağlanmasına münasibət bildirərkən deyib:
“Hətta bankın kapitalı da kifayət qədər deyildi. 50 milyon manatlıq kapital tələbini daim pozurdu. Sadəcə, Bakı ilə İslamabad dostluq, qardaşlıq münasibətləri çərçivəində bu tendensiyaya daim göz yumurdular.
Bu bankın fəallığının olmaması isə yerli vətəndaş və şirkətlərin onunla işləməməsilə bağlı idi. Həmin bank yalnız Pakistan vətəndaşları və biznesilə işləyirdi.
Pakistan biznesi isə həcm baxımından Azərbaycanda böyük deyil. Həmçinin, Pakistan vətəndaşlarının özləri də fəal deyildi. Yəni bankın bağlanması sırf iqtisadi amillə, zərərlə işləməsilə bağlı olub”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:30 / 04.06.2022
Azərbaycandakı Pakistan bankı niyə bağlandı? - DETALLAR
Hazırda oxunan: Azərbaycandakı Pakistan bankı niyə bağlandı? - DETALLAR
Hazırda oxunan: Azərbaycandakı Pakistan bankı niyə bağlandı? - DETALLAR
77658
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.