TAP-la nəql edilən qazın həcmi - 12 mlrd. kubmetrdən artıq 

Hazırda oxunan: TAP-la nəql edilən qazın həcmi - 12 mlrd. kubmetrdən artıq 

77568

İndiyədək Trans-Adriatik Kəməri (TAP) vasitəsilə Avropaya 12 mlrd. kubmetrdən çox qaz nəql edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Enerji Forumunda çıxış edən TAP konsorsiumunun idarəedici direktoru Luka Şippati bildirib. 

O bildirib ki, Azərbaycan qazının TAP ilə nəqli sayəsində İtaliyanın qaza olan ehtiyacının 10 faizi, Yunanıstanın isə ehtiyacının 17 faizi təmin edilib. 

L.Şippati qeyd edib ki, hazırda TAP-ın nəqletmə qabiliyyətinin artırılması istiqamətində danışıqlar aparılır:  

“Hesab edirəm ki, şərtləri müəyyən etmək və bunun necə ediləcəyini müəyyənləşdirmək üçün bu işlər davam etdirilməlidir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin