Gün eynəkləri neçə yaşından taxılmalıdır? – “Seçim doğru olmasa, kor ola bilərsiz” – OFTOLMOLOQ 

Hazırda oxunan: Gün eynəkləri neçə yaşından taxılmalıdır? – “Seçim doğru olmasa, kor ola bilərsiz” – OFTOLMOLOQ 

77508

Yay gəldi, problemlərindən biri də gün eynəkləridir. Xüsusən də qadınların ədabazlıq kimi yanaşdığı və əsasən eynəyin görünüşünə görə aldıqları gün eynəklərinin keyfiyyət məsələsinə diqqət etmək yəqin ki, çoxunun ağlına gəlmir.

“Keyfiyyətli gün eynəyi taxmasaq, ultrabənövşəyi şüalar gözün bir çox seqmentlərində potologiya törədə bilər”.

Bu sözləri isə Bizim.Media-ya açıqlamasında oftalmoloq Anar Abdullayev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Yayda dərinizə belə qulluq edin


O, həyata pəncərə olan gözlərimizin qorunmasında məhz gün eynəyi seçiminə diqqətlə yanaşmaq lazım olduğunu tövsiyə edib:

“Gözdə torlu qişanın makula deyilən bir hissəsi var ki, o yer ultrabənövşəyi şüalanmanın təsirinə həssasdır. Günəş eynəyi həmçinin buynuz qişanı ultrabənövşəyi şüanın təsirindən qoruyur. Bu qişa ultrabənövşəyi şülanmaya məruz qalarsa “keratit” yəni buynuz qişanın iltihabı yarana bilər”.

Ekspert bildirir ki, gün eynəyini hələ uşaq yaşlarından istifadə etməyə başlamaq lazımdır:

“Gün eynəyini bütün yaş dövrlərində istifadə etmək məqsədəuyğundur. Daha çox insanlar yeniyetmə yaşlarından gün eynəklərindən istifadə edirlər, hərçənd ki, bunu uşaq yaşlarından istifadə etmək vacibdir. Çünki uşaqlar gün altında, açıq havada  oynamağı daha çox sevirlər”.

Bəs isti havalarada günəşin yandırıcı ultrabənövşəyi şüalarından gözlərimizi qoruyan gün eynəyini necə seçmək lazımdır?

Oftalmoluqun sözlərinə görə gün eynəyini ultrabənövşəyi şüaları bloklama xüsusiyyətinə görə seçmək lazımdır və bu bloklama yalnız “polaroid” şüşələrdə olur.

“Bundan əlavə gün eynəyi seçərkən ölçüsünün üzə uyğun olmasına fikir vermək lazımdır ki, üzü sıxmasın. Çünki belə olduğu zaman başqa problemlər yarada bilər. Həmçinin çərçivənin geniş olması daha məqbuldur. Bu təqdirdə yanlardan da günəş şüasının düşməsinin qarşısı alınır”.

Bəs gün eynklərini haradan almalıyıq?

Oftalmoloq-ekspert hesab edir ki, keyfiyyət baxımından gün eynəklərinin ixtisaslaşmış optikalardan alınması vacibdir.

“Keyfiyyətli gün eynəyi taxmasaq, ultrabənövşəyi şüalar gözün bir çox seqmentlərində patologiya törədər. Etinasız yanaşma və yalnış eynək seçimi buynuz qişada “fotokeratid”, həmçinin gözdə “pterigium” (qanadabənzər pərdə) kimi problemlər yarada bilər. Bu kimi problemlərə əsasən dağlıq bölgələrdə yaşayan insanlarda rast gəlinir. Məşhur göz xəstəliyi olan “Katarkta”nın yaranmasının bir səbəbi də, ultrabənövşəyi şüalardır”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin