Azərbaycan gündəlik neft hasilatını artıracaq - 706 MİN BARREL

Hazırda oxunan: Azərbaycan gündəlik neft hasilatını artıracaq - 706 MİN BARREL

77439

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 29-cu iclasında gündəlik neft hasilatının iyulda 432 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, iyul ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 10 min barrel artırılaraq 706 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 12 min barrel həcmində olması nəzərdə tutulur.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 30-cu iclasının 30 iyun tarixində keçirilməsi razılaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin