“Sahəmi dəyişdim. Rəqəmsal marketinqə keçdim. İşim ağır, çətin və məsuliyyətli olsa da, çox razıyam. Bu sahədə çalışmaq zamanımın əksər hissəsini alır. Nə aparıcılığa, nə də ki aktrisalığa vaxtım qalmır. Yerli şirkətdə çalışıram. Marketinq və “PR” işləri ilə məşğul oluram. Bu iş mənə çox maraqlı gəldi. Rəngli ortamdır”.
Bu sözləri məşhur aktrisa və aparıcı Mələk Heydərova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Yeni peşəsindən ağız dolusu danışan Mələk yaradıcılıq istedadını bu işində də göstərdiyini bildirib.
“Məni tanıyan insanlar bilir ki, hər zaman yeniliyə qaçmışam. Mənə elə gəlir ki, yeni işimdə özümü tapmışam. Bu işdə də yaradıcılıq lazımdır. Marketinq, “PR” sahəsi elədir ki, burada da baş işlətmək lazımdır. Gördüyün işlərə kreativ və fərqli yanaşmalısan.
Bu adi peşələrdən fərqlənir. Amma mən burada da özümü tapmışam. Necə ki efirdə aktrisalıq yaradıcılığımı göstərirdim, o yaradıcılığım itməyib, ölməyib. O yaradıcılığımı bu işimdə də göstərə bilirəm. Ona görə bu işimdə ruhuma çox yaxındır.
O, aparıcılıq və aktrisalıqla bağlı təklifləri geri çevirdiyini, diqqətini yalnız yeni peşəsinə ayırdığını dilə gətirib.
“Efir, reklam və serial təklifləri çox alıram. Amma mən o sahədə istədiyim səviyyədə olmadığına görə razılaşmayıb, rədd cavabı vermişəm. Bəlkə də təkliflərin səviyyəsi yüksək olsaydı, marketiq sahəsinə gəlməzdim. Təkliflər ürəyimcə olmadı, televiziya ilə bağlı işlərdən soyudum. Aktrisalığa gəldikdə isə, eyni məzmunlu və obrazlı seriallara çəkilmək istəmirəm.
Eyni verilişləri aparmaq istəmirəm. Yeni bir şeylər axtarırdım ki, özümü başqa bir prizmadan göstərə bilim. Eyni zamanda, təbii ki yaxşı qazanc da axtarırdım. Yeni peşədən yaxşı gəlir əldə etmək istəyirdim. Mən istəyən də oldu”.
“Bundan sonra Mələyi heç zaman şouda görməyəcəksiniz” - deyən Heydərova fikirlərini belə tamamlayıb.
“Efirə qayıda bilərəm. İqtisadiyyat və marketinq sahəsi ilə əlaqədar olan verilişləri apara bilərəm. Hətta belə bir təklif gəlsə, bu gündən başlaya bilərəm. Amma heç zaman bir də şouya qayıtmaram. Serialda çəkilmək də ürəyimcə deyil. Çünki mənə təklif olunan serialların əksəriyyəti komediyadır. Lakin bunu da istəmirəm” – deyə o vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:23 / 02.06.2022
Aktrisalığı rəqəmsal marketinqə dəyişən Mələk: “Heç vaxt şouya qayıtmayacağam” - ÖZƏL
Hazırda oxunan: Aktrisalığı rəqəmsal marketinqə dəyişən Mələk: “Heç vaxt şouya qayıtmayacağam” - ÖZƏL
Hazırda oxunan: Aktrisalığı rəqəmsal marketinqə dəyişən Mələk: “Heç vaxt şouya qayıtmayacağam” - ÖZƏL
77393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.