“Qarabağ yaralarını yeni-yeni sarmağa başlayıb. Tarixçilərə, ədəbiyyatçılara, psixoloqlara, bu işğalın vurduğu ziyanı bizə anladacaq iqtisadçılara ehtiyacımız var".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib.
O bildirib ki, Füzuli səfəri zamanı gördüyü dəhşətlərdən çox sarsılıb:
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan Türkiyə birgə universiteti yaradılacaq ” - Şentop
"Mən də azad olunan torpaqlara getməzdən öncə Şuşa, xüsusilə Füzuli barədə nələrisə bildiyimizi düşünürdüm. İlk səfərimizdə Şuşanı gördük.
Amma mən Füzulini görmək istəyirdim. Şuşadan qayıdanda bir yerdə dayandıq. Söylədim ki, Füzulini görmək istəyirəm. Dedilər ki, bu xarabalıqlar Füzulidir. Biz isə şəhər gözləyirdik.
Erməni vəhşiliyini, onların nə qədər qəddar, təbiət düşməni olduğunu göstərməyimiz lazımdır. Beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətinin yönəldilməsi baxımından da Qarabağa səfərlər çox vacibdir”.
Alçina Amilqızı, Bizim.Media