Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycanın Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb.
Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib.
Məktubda qeyd edilir ki, Ukrayna Azərbaycan ilə əməkdaşlığa xüsusi diqqət ayırır. Bildirilir ki, Ukrayna Hökuməti Azərbaycan Hökuməti ilə qarşılıqlı maraq doğuran bütün sahələrdə fəal əlaqələrin həyata keçirilməsinə hazırdır.
Ukrayna əhalisinin və məcburi köçkünlərin ehtiyacları üçün Azərbaycan tərəfindən göstərilən humanitar yardımın, həmçinin Ukraynada əkin işlərinin təmin edilməsi üçün əlavə yanacağın ayrılması yüksək qiymətləndirilir.
Məktubda Ukrayna-Azərbaycan əməkdaşlığının qarşılıqlı hörmət və dəstək ruhunda inkişaf etməyə davam edəcəyinə əminlik ifadə olunur.
Bizim.Media