Ərdoğan İsveç və Finlandiya səfirlərini geri çağırdı

Hazırda oxunan: Ərdoğan İsveç və Finlandiya səfirlərini geri çağırdı

77312

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 25 ölkədəki səfirləri geri çağırıb (rotasiya).

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İhlas Xəbər Agentliyi rəsmi dövlət qəzeti Resmi Gazete-yə istinadən yayıb.

Agentliyin məlumatına görə, ölkə başçısı, xüsusilə İsveç və Finlandiyadakı diplomatik nümayəndəliklərin rəhbərlərini dəyişib.

Belə ki, beynəlxalq təbliğat və mədəniyyət üzrə baş menecer vəzifəsində çalışan Dəniz Çakar Türkiyənin Helsinkidəki yeni səfiri təyin edilib.

Türkiyə Xarici İşlər Nazirliyinin ikitərəfli siyasi məsələlər üzrə keçmiş baş direktoru Can Tezel isə Türkiyənin Stokholmdakı diplomatik missiyasının rəhbəri vəzifəsinə gətirilib.
Rotasiya, həmçinin İsveç və Finlandiya ilə yanaşı, Türkiyənin Macarıstan, Kamboca, Qvineya-Bisau, Malayziya, Boliviya və bir sıra digər dövlətlərdəki səfirlərini də əhatə edib. 

Helsinki və Stokholmda diplomatların dəyişdirilməsi bu dövlətlərin NATO-ya üzv olmaq istəkləri ilə bağlı rəsmi Ankarayla aktiv mübahisələr fonunda baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin