Xalq artisti Aygün Kazımova ötən axşam Naxçıvanda 1 iyun “Uşaqların beynəlxalq Müdafiəsi Günü” münasibəti və “Araz Naxçıvan” klubun 55 illik yubileyi münasibəti ilə minlərlə insan qarşısında çıxış edib.
Bizim.Media xəbər verir ki, açıq havada səhnə alan pop diva ifası zamanı çətin anlar yaşayıb.
Şiddətli külək səbəbi ilə A.Kazımova səhnədə yıxılmaq təhlükəsi ilə üzləşib. Xalq artisti müvazinətini bir anlıq itirsə də, sonra özünü toparlayaraq, ifasını davam etdirib.
Aygün Kazımova həmin anların videosunu “Səhnədə ekstremal anların öz ləzzəti var” başlığı ilə sosial şəbəkə hesabında paylaşıb.
Rəşad Əliyev, Bizim.Media