Dövlət Məşğulluq Agentliyinin sədri: “Əmək bazarında müasir və peşəkar kadrlarımız olacaq\"

Hazırda oxunan: Dövlət Məşğulluq Agentliyinin sədri: “Əmək bazarında müasir və peşəkar kadrlarımız olacaq\"

77268

“Bölgələrdə keçirdiyimiz peşə festivallarına maraq gözləntilərimizdən qat qat çoxdur və bu bizi sevindirir. Hər bir şəhər və rayonumuzda 4 mindən çox ziyarətçimiz var. Bu gün doğma Gəncə şəhərində sayca 7-ci tədbiri təşkil etmişik. Burada da digər regionlarımızda olduğu kimi təqdim etdiyimiz 10 peşə ilə bağlı məlumatlandırma və maarifləndirmə məntəqələrimizə yetərincə gənclərin müraciət etdiyinin və maraqlandığının şahidi olduq.

Biz inanırıq ki, bu ziyarətçilərimizin bir qismi belə Agentliyin mütəxəssislərinin tövsiyyələrinə, istiqamətlərinə uyğun peşə seçimləri etsələr, biz gələcəkdə Azərbaycanın əmək bazarında müasir və peşəkar kadrlarla təmsil olunacağıq”. 
 

MÖVZU İLƏ BAĞLI:

Mustafa Abbasbəyli: “Bəzi müasir peşələrə böyük kadr ehtiyacı var"


Bu fikirləri Gəncəyə səfər zamanı Bizim.Media-nın yerli bürosuna danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli söyləyib. 

Onun sözlərinə görə təşkil olunan peşə festivallarını çox uğurlu bir layihə hesab etmək olar və gələcəkdə də bu tədbirlərin davamlı keçirilməsi nəzərdə tutulur:

“Hesab edirəm ki, belə festivalların keçirilməsi davamlı olsa daha effektiv olar və gələcəkdə peşələr üzrə çeşidlərin və istiqamətlərin də artırılması əsas preoritetlərdəndir”, deyə M.Abbasbəyli əlavə edib. 

Məqsəd Rəhimov, Bizim. Media - Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin