Putinin komandan təyin etdiyi rus generalı YOXA ÇIXDI

Hazırda oxunan: Putinin komandan təyin etdiyi rus generalı YOXA ÇIXDI

77228

Bir neçə ay ərzində Suriyaya hücum edən “Hələb qəssabı” ləqəbli rusiyalı general Aleksandr Dvornikov may ayında müəmmalı şəkildə yoxa çıxıb. 

Bizim.Media “dsnews.ua” saytına istinadən xatırladır ki, o, aprel ayında Rusiyanın Ukraynaya qarşı müharibəsinə komandan təyin edilib.

“The New York Times” qəzetinin hazırladığı hesabatda vuğrulanır ki, Dvornikov iki həftədir ictimai məkanda görünmür, ona görə də hazırda Rusiyanın Ukraynadakı hücumuna rəhbərlik edib-etməməsi ilə bağlı suallar yaranır.

"General Dvornikov təyin olunduqdan sonra hücumları koordinasiya etmək üçün hava və quru bölmələrini birləşdirməyə çalışıb”, - hesabatda deyilir.

Nəşr onu da qeyd edir ki, üç aylıq müharibədən sonra rus ordusu Donbasda eyni səhvləri edir.

Xatırladaq ki, aprel ayında general Aleksandr Dvornikov Rusiya Federasiyasının Ukraynaya qarşı müharibə aparmasına cavabdeh olan komandan təyin edilmişdi. Bu general Suriyada öz əsgərlərinin meyitləri ilə düşmən mövqelərini doldurub, həm də onun komandanlığı ilə rus təyyarələri yaşayış məntəqələrini bombalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin