75-ci “Kann” film festivalı bitsə də ətrafında söz-söhbət bitmir ki, bitmir.
Bizim.Media xəbər verir ki, məşhurlar “Oscar” və ya “Met Gala”ya hazırlaşanadək “amFAR”ın qala-şam yeməyinə qatılaraq açıq-saçıq geyimləri ilə damğa vurublar.
Təmtəraqlı gecədə xarici görünüşləri və dəbdəbəli libasları ilə bərq vuran məşhurların fotolarını təqdim edirik.
Qeyd edək ki, Amerika QİÇS Araşdırmaları Fondu və ya amFAR QİÇS-in öyrənilməsi, müalicəsi və HİV-in qarşısının alınması üzrə tədqiqatları dəstəkləmək, habelə səhiyyə işçiləri və ictimaiyyəti bu xəstəliklə bağlı ən son məlumatlarla təmin etmək məqsədi daşıyan dünyanın aparıcı qeyri-kommersiya təşkilatlarından biridir.
Təşkilatın maraqlarına həmçinin HİV-ə yoluxmuş şəxslərə və onların ailələrinə lazımi dövlət dəstəyinin təşviqi daxildir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:57 / 01.06.2022
“amFAR”ə dünya ulduzları açıq-saçıq libasları ilə damğa vurdular - FOTO
Hazırda oxunan: “amFAR”ə dünya ulduzları açıq-saçıq libasları ilə damğa vurdular - FOTO
Hazırda oxunan: “amFAR”ə dünya ulduzları açıq-saçıq libasları ilə damğa vurdular - FOTO
77210
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.