Iran Islam Inqilab Keşikçilər Korpusunun baş komandanının müavini general Yadulla Cavani Qarabağın işğaldan azad edilməsinin Azərbaycanın haqq işi olduğunu qeyd edib. Həmçinin tarixi sənədlərlə tanış olan general, Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu, bölgədə münaqişəyə son qoymağın yolunu yalnız Ermənistanın işğal etdiyi torpaqdan çıxmasında görür.
Əlavə olaraq, Tehranın hər iki tərəfin razılığı əsasında vasitəçi kimi rol oynaya bilməsinin mümkünlüyünü də qeyd edib.