Rusiyanın İrandakı səfiri, erməni əsilli Levan Caqaryan ötən 6 il ərzində İran və Rusiya arasında imzalanan anlaşmalardan heç birinin indiyə qədər həyata keçirilmədiyini deyib.
Bizim.Media xəbər verir ki, informasiyanı “Azad İran” Telegram kanalı yayıb.
Mənbə yazrı ki, Caqaryan bu barədə mayın 30-da verdiyi açıqlamasında məlumat verib. O bildirib ki, İranın yeni hökuməti dövründə birbaşa təmasların canlandırılması prosesi davam edəcək.
Xatırladaq ki, ötən həftə İbrahim Rəisi hökumətinin nazirlərindən ibarət nümayəndə heyəti Rusiyaya səfər etmiş və iki ölkə arasında Rusiya tərəfindən İran layihələrinin, özəlliklə Rəşt-Astara dəmir yolu xəttinin maliyyə təminatı kimi bir çox nailiyyət və anlaşmaların əldə ediliyini bildirmişdilər.
Lakin İranın Rusiyadakı səfiri mayın 30-da Rəşt-Astara dəmir yolunun tikintisinin Rusiya tərəfindən maliyyə təminatı ilə bağlı heç bir anlaşmanın əldə edilmədiyini söyləyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:29 / 01.06.2022
Rusiyalı səfir: “Son 6 ildə İran-Rusiya razılaşmalarının heç biri icra edilməyib” - VİDEO
Hazırda oxunan: Rusiyalı səfir: “Son 6 ildə İran-Rusiya razılaşmalarının heç biri icra edilməyib” - VİDEO
Hazırda oxunan: Rusiyalı səfir: “Son 6 ildə İran-Rusiya razılaşmalarının heç biri icra edilməyib” - VİDEO
77174
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.