“Britaniya təmiz enerjiyə keçidlə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyi yüksək qiymətləndirir”.
Bizim.Media xəbər verir ki, bunu bu gün 27-ci Bakı Enerji Forumunun rəsmi açılışında tədbirə videokonfrans formatında qoşulan Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreq Hands bildirib.
Britaniyalı nazir deyib ki, Azərbaycan kimi ölkələr sıfır emissiya baxımından aparıcı rol oynaya bilər:
“Ötən il Qlazqo İqlim Paktı imzalanıb. Biz bu sahədə işimizi davam etdirməliyik”.
Qreq Hands qeyd edib ki, Britaniya hökuməti Azərbaycanla və digər bütün tərəfdaşlarla işləməyə hazırdır:
“Bütün bunlar hamısı enerji təchizatına kömək edəcək”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:05 / 01.06.2022
“Azərbaycanla işləməyə hazırıq” - Britaniyalı nazir
Hazırda oxunan: “Azərbaycanla işləməyə hazırıq” - Britaniyalı nazir
Hazırda oxunan: “Azərbaycanla işləməyə hazırıq” - Britaniyalı nazir
77140
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.