"Məni arxadan tutdular" - Amin necə əsir düşməsindən danışdı

Hazırda oxunan: "Məni arxadan tutdular" - Amin necə əsir düşməsindən danışdı

7713

“Vətənə qayıtmağım üçün birinci Ali Baş Komandana minnətdarlığımı bildirirəm. Bu qısa müddətdə qayıdacağıma heç özüm də inanmırdım”.

Bizim.Media xəbər verir ki, bu sözləri yanvarın 7-də  Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Amin Musayev deyib.

“Məni arxadan tutdular. Yaralı idim. Məni təpədən sürüyə-sürüyə aşağı çəkdilər. Mənə nalayiq sözlər işlədirdilər, cavablarını verirdim. Rus jurnalistin məni çəkdiyindən xəbərim yox idi. Məni sanitarın maşınında da vururdular".

"Müəyyən yeri keçdikcə saxlayıb, yenə məni döyürdülər. Sonradan huşumu itirdim. Ayılanda xəstəxanada idim. Ona xəstəxana demək olarsa. Həkim sarğıya gələndə səsim çıxanda da vururdu. Yeməyi vaxtında vermək söhbəti yox idi".

"Yeməyi gətirib üstümüzə tullayırdılar. Yeməklər çox vaxt yeyiləsi olmurdu. Qısa müddətdə qayıtmağımı Ali Baş Komandana borcluyam".

"Hətta qayıtdığım gün belə həkim gəlib sarğımı sarıyanda təəccübləndim. Çünki 2-3 gündən bir gəlib sarğımı dəyişirdilər. Amma bu dəfə tez gəlmişdi. Mənə xəstəxana paltarı geyindirdilər. Sonra təyyarəyə mindirdilər. Təyyarə enəndən sonra bildim ki, Bakıdayam”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin