Övladlığagötürmə üzrə idarəetməni 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Bu sahədə yeni idarəetmə modeli yaradılmaqla, xidmətlərin elektronlaşdırılması, şəffaf və çevik xidmətlər sisteminin qurulması təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən Bizim.Media-ya verilən xəbərə görə, həmin vaxtdan 124-ü oğlan, 119-u qız olmaqla 243 uşaq övladlığa götürülüb.
O cümlədən bu ilin ötən dövründə 51-i oğlan, 44-ü qız olmaqla 95 uşaq övladlığa verilib.
Hazırda isə Nazirlik valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüməsi və inkişafına şərait yaratmağı hədəfləyən “Himayədar ailə” modelinin tətbiqinə hazırlaşır. Bu sahədə də e-infrastruktur üzərində müasir və çevik, şəffaf idarəetmə və xidmətlər sistemi qurulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:59 / 01.06.2022
Bu il Azərbaycanda övladlığa götürülən uşaqların sayı açıqlandı
Hazırda oxunan: Bu il Azərbaycanda övladlığa götürülən uşaqların sayı açıqlandı
Hazırda oxunan: Bu il Azərbaycanda övladlığa götürülən uşaqların sayı açıqlandı
77123
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.