Ölkəmizdə ailə başçısını itirməyə görə aylıq sosial müavinət və ya pensiya ödənilən ailə üzvlərinin 95 faizdən, ünvanlı sosial yardım alan ailə üzvlərinin 50 faizdən çoxu uşaqlardır.
Bizim.Media Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xatırladır ki, həssas əhali qruplarına aid 600 minədək uşaq üçün sosial təminat növləri üzrə ödənişlər edilir.
Ötən il Qəbələ Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verilməklə Nazirliyin uşaq reabilitasiya müəssisələrinin sayı 3-ə çatdırılıb.
Görülən işlərin davamı kimi, bu ilin 4 ayında həmin mərkəzlərdə sağlamlıq imkanları məhdud 3338 uşağa reabilitasiya xidmətləri göstərilib, 1061 uşağa 2173 reabilitasiya vasitəsi verilib. Cari ildə Şəmkir rayonunda da Uşaq Reabilitasiya Mərkəzi açılacaq.
Nazirliyin sosial xidmət müəssisələrində isə bu il həssas qruplardan olan, o cümlədən sağlamlıq imkanları məhdud 300-dən çox uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilib. İcra olunan sosial xidmət layihələri çərçivəsində isə hər il minlərlə uşaq reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:56 / 01.06.2022
Azərbaycanda 600 minədək uşağa sosial təminat növləri üzrə pul verilir
Hazırda oxunan: Azərbaycanda 600 minədək uşağa sosial təminat növləri üzrə pul verilir
Hazırda oxunan: Azərbaycanda 600 minədək uşağa sosial təminat növləri üzrə pul verilir
77122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.