Ukraynadan bu ay ixrac olunan taxılın həcmi açıqlandı

Hazırda oxunan: Ukraynadan bu ay ixrac olunan taxılın həcmi açıqlandı

77039

Ukrayna mayın 1-dən 30-dək 1,06 milyon ton taxıl məhsulu ixrac edib ki, bunun da əsas hissəsi - 1 milyon tonu qarğıdalıdan ibarətdir.

Bizim.Media Ukrinform-a istinadən xəbər verir ki,  bu informasiyanı Ukrayna Aqrar Siyasət və Ərzaq Nazirliyi yayıb.

Mənbə qeyd edir ki, bu ilin may ayında taxıl ixracı 2021-ci ilin analoji dövrü ilə müqayisədə 2,7 dəfə azalıb. Geriləmə əsas ixrac infrastrukturu olan dəniz limanlarının blokadaya alınması ilə bağlıdır.

Ümumilikdə isə 2021-2022-ci kənd təsərrüfatı ilinin əvvəlindən (iyul-iyun) mayın 30-na qədər Ukrayna 18,57 milyon ton buğda, 22,22 milyon ton qarğıdalı, 5,68 milyon ton arpa və 70,6 min ton un ixrac edib.
Fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Rusiya ordusu Azov dənizi sahillərini tam, Qara dəniz sahillərini qismən nəzarətə götürməyə və Ukraynanın ən böyük limanının yerləşdiyi Odessa şəhərini blokadaya almağa müvəffəq olub. Nəticədə Qara dəniz limanlarında 20 milyon tondan çox taxıl anbarlarda qalıb.

Hazırda Avropa İttifaqı və Türkiyə Ukrayna taxılının daşınması imkanlarını Rusiya tərəfi ilə müzakirə edir.

Qeyd edək ki, dünya üzrə buğda tədarükünün təxminən üçdə biri Rusiya və Ukraynanın payına düşür. Ukraynadan ixracın çətinləşməsi qlobal ərzaq böhranını dərinləşdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin